Aiseldən yeni layihə -
    • 21-06-2021, 13:39
    • 879

Aiseldən yeni layihə - "Obsessions" - VİDEO

Aisel 5 mahnıdan ibarət Azərbaycan və İngilis dillərində musiqiçilər ilə birlikdə hazırladığı "Obsessions" adlı canlı layihəsini təqdim edib.

News24.az-a açıqlama verən musiqiçi belə bir layihə haqda çoxdan düşündüyünü deyib. O, fərqli dillərdə və janrlarda fəaliyyət göstərdiyi üçün, onları bir konsepte uyğunlaşdırmağ bir balaca çətin olduğunu deyib: Buna baxmayarağ İngilis və Azərbaycan dilli treklerimizi bir EP albomunda reliz etmək qərarına gəldik. Mahnılar həftədə bir dəfə təqdim olunacaq. Lahiyə hamı tərəfindən sevilən "Sevirəm" mahnısından başlayıb "Up up up" mahnısı ilə bitəcək.

Mahnıların akustik versiyası cavan və istedadlı musiqiçilərimiz - Elcan Cəbrayılov ( bas qitara) Mehran İsmailzadə ( zərb alətləri) və Şamil Məmmədov ( qitara) ilə birlikdə reallaşıb.

Video ideyası Murad Vəliyev və Mehran İsmailzadə tərəfindən ərsəyə gətirilib. Qeyd edək ki Murad Vəliyevlə artıq bir neçə uğurlu işimiz olub və bu lahiyədə o həm staylinq həm set dizaynı üzərində çalışıb. Mehran İsmailzadə ilə isə əməkdaşlığımız bir çox jazz festivallarda və müxtəlif konsertlərdə birlikdə çıxışlarımızdan başlayıb.

İngilis dilli mahnılarımın sözləri isə 2 EP albom və bir çox uğurlu işlər üzərində əməkdaşliğ etdiyim Fidan Alivaya məxsusdur.

Sonda Seymur Seyidbəylinin çəkiliş heyyətinə və səs rejissorları Rüstəm Rzayev və Emin Kərimə (STKHA), minnətdarlığımızı bildirməy istəyirik".


Hamıya xoş dinləmələr arzulayırıq.