Qəbələnin məşhur lavanda bağı - FOTOLAR
    • 21-06-2021, 18:23
    • 8 088

Qəbələnin məşhur lavanda bağı - FOTOLAR

Lavanda çiçəyinin faydalarını yəqin ki saymaqla bitirmək olmaz. Lap qədim zamanlardan indiyədək bu bitkidən ağrıların müalicəsində, parfümeriyada, hətta geyimləri zərərverici həşəratlardan qorumaq üçün istifadə edilir. 

Lavanda sözü latınca “lavare” yuyunmaq deməkdir. Qədim romalılar bitkidən suyu ətirləndirmək üçün istifadə ediblər. 

Ölkəmizdə isə lavanda bağı Qəbələ və Zaqatalada mövcuddur. Xeyli yerli turistin axışdığı Qəbələdəki bağda bu həftə çiçəyinyığılmasına başlanacaq. 

Qəbələdki lavanda bağından olan fotoları təqdim edirik:

Teymur Məmmədov
Fotolar müəllifindir