Damla “Oyun” üçün Türkiyəni seçdi - Video
    • 22-06-2021, 14:34
    • 622

Damla “Oyun” üçün Türkiyəni seçdi - Video

Gördüyü keyfiyyətli işlərlə dinləyicilərini sevindirən Damla növbəti dəfə səsizliyi pozub. Belə ki ifaçı Türkiyədə lentə alınan yeni layihəsini təqdim edib.  

News24.az xəbər verir ki, Damlanın “Oyun” adlı mahnısının sözləri Elçin Məhərrəmova, musiqisi Amin Heydariyə, aranjimanı isə İlkin Həsənə məxsusdur. Bəstənin ekranlaşdırılması üçün Türkiyədə böyük komanda işə cəlb olunub. “Oyun” 60 nəfərlik heyətlə 2 gün ərzində lentə alınıb.

Çəkilişləri Türkiyədə baş tutan yay abu-havalı, rəngarəng klipin rejissorluğunu İrem Haykır edib. Layihənin baş prodüseri Şamil İbrahimovdur. 

Damlanın staylinqi ilə Taylan Deniz Çakır və Kubra Goven məşğul olub. Klipdə Türkiyənin məşhur tiktokerləri  Günes Gül, Selin Red və Berke Abras rol alıb. İfaçının klipdəki tərəf müqabili həm də baş rol ifaçısı iranlı aktyor Pedram Karamidi. 

“Oyun” artıq "YouTube" və digər  bütün rəqəmsal musiqi platformalarında yerləşdirilib.