Bu uşağın tərcümeyi-halı oxuyanları təəccübləndirir
    • 6-11-2018, 11:55
    • 971

Bu uşağın tərcümeyi-halı oxuyanları təəccübləndirir

Çində 5 yaşlı bir uşağın tərcümeyi-halı hər kəsi təəccübləndirib.

15 səhifəlik xülasədə oğlanın güclü bir xarakterə və zəngin həyat təcrübəsinə malik bir şəxsiyyət olduğu qeyd olunur.

Bildirilir ki, o, 100 klassik Çin şeirini əzbər bilir, il əzində ingilis dilində 500 kitab oxuyur, həkim yanında olarkən heç zaman ağlamır və laboratoriyada təcrübə aparmağı sevir. Həmçinin onun 1,5 min Çin heroqlifini bir-birindən fərqləndirə bildiyi və ingiliscə günlük tutduğu qeyd edilir.

5 yaşlı uşağın tərcümeyi-halında çox yerləri gəzdiyi, idman yarışlarında iştirak etdiyi və 2 yaşlı balaca qardaşına baxdığı da yazılıb.

Sənəddə uşağın zəngin və ürəyiaçıq atası, ağıllı və özünə inan bir anası və sevimli qardaşı olduğuna diqqət çəkilir. Hər iki valideyn Şanxayın ən prestijli universitetlərindən məzun olub və hazırda ən böyük qlobal şirkətlərdə yüksək vəzifələrdə çalışırlar.

Anket Çinin sosial şəbəkəsi olan Weibo-da yayımlandıqdan sonra uşaq qısa müddətdə populyarlaşıb.

İstifadəçilərdən biri, "Bir neçə həyatım olsa belə, bu cür tərcümeyi-hala sahib ola bilmərəm", yazıb. Bəzi istifadəçilər isə uşağın indidən bu qədər yüklənməsini doğru hesab etmədiklərini bildiriblər.

//Qaynarinfo.az