Goranboyda yabanı halda bitən çətənə kolları məhv edildi  - FOTO
    • 25-06-2021, 09:19
    • 434

Goranboyda yabanı halda bitən çətənə kolları məhv edildi - FOTO

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, ümumi çəkisi 3 ton olan, 4 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.