Ceyhun Bayramov Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi
    • 26-06-2021, 10:38
    • 486

Ceyhun Bayramov Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Silahlı Qüvvələrini 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərimizi təbrik edib.

News24.az xəbər verir ki, XİN başçısı təbrik mesajını tvitterdə yazıb.
“26 iyun - Silahlı Qüvvələr Günündə, bu il bizə ikiqat bayram, Ali Baş Komandanın rəhbərliyi altında xalqımıza böyük Zəfərin sevincini yaşadan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini səmimi qəlbdən təbrik edirik! Şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq!”, - diplomat qeyd edib.