-
- 7-12-2018, 11:44
- 3 284
21-ci əsrin milli memarlıq nümunəsi - “Kotanlı”- FOTOLAR
Ölkəmizdəki gəzməli-görməli yerlərlə yanaşı, Bakıdakı məşhur “Kotanlı” restoranı insanları ecazkar aurası ilə valeh edir. Restoranın milli ruhu, möhtəşəm dizaynı qonaqları sanki qədim Azərbaycanla tanış edir.
News24.az xəbər verir ki, “Kotanlı” həm də ölkəmizin qədim mədəniyyətini, milli musiqisini təbliğ edir. Bu da qonaqlarda Azərbaycan haqqında gözəl təsəvvür formalaşdırır. Onlar ölkəmizi gəzmədən Bakıya, Qarabağa, Şəkiyə, Naxçıvana, Gəncəyə, Lənkərana virtual səyahət edirlər, hər bölgəyə xas otaqda milli mətbəximizin ləzzətli yeməklərini dadmaq şansı əldə edirlər. Peşəkar aşbazlar tərəfindən yüksək səviyyədə hazırlanan milli yeməklərin - mətbəximizin əsas nümunələri olan kababların, plovların, dolmaların, təndir yeməklərinin, milli şirniyyatların dadı isə uzun müddət qonaqların yadından çıxmır.
“Kotanlı” Restoranı azərbaycanlılarla yanaşı ölkəmizə gələn turistlərə də qucaq açır. “Kotanlı”nın baş administratoru Pərvin Abdulxaliqovun sözlərinə görə, restoranının qonaqları arasında xaricilər də çoxluq təşkil edirlər: “Demək olar, bütün ölkələrdən qonaqlarımız olur. Əsasən, Rusiya, Ukrayna, İsrail, Almaniyadan gələnlər var. Ən çox isə Türkiyədən gələnlər olur. Qonağımız olan bütün xaricilər restoranın dizaynından, xidmət səviyyəsindən, yeməklərimizin dadından razı qalırlar”.
Əsl memarlıq nümunəsi
Qeyd edək ki, dünyanın tanınmış memarlarının əl işlərindən ibarət olan “Kotan”lı dizayn baxımından da turistləri heyran edir. Bura daxil olduğun anda özünü dünyanın məşhur muzeylərindən birində, incəsənət ocağında hiss edirsən. Məkana təkcə restoran yox, 21-ci əsrin milli memarlıq nümunəsi, mədəniyyət ocağı da demək olar. Təxminən, üç il yarıma ərsəyə gələn “Kotanlı”nın möhtəşəm dizaynı restoran rəhbərliyinin xüsusi diqqəti, göstərişi və nəzarəti ilə həyata keçirilib.
“Kotanlı” hər kəsin milli mənəvi dəyərlərinə uyğunlaşdırılaraq göz oxşayan üslubda xüsusi naxışlarla, şəbəkələrlə dizayn olunub. Həm interyer, həm də eksteryer baxımından burada insanlar özlərini rahat və komfortlu hiss edirlər. Restoranın dizaynı hər bir kəsin zövqünə hesablanıb. Kabinetlərin işıqlandırılması zamanı sakitləşdirici atmosferin yaradılmasına xüsusilə diqqət olunub. Restoranın çıl-çıraqları isə məkana əsrarəngiz gözəllik qatır.
“Qarabağ”da “Qarabağ buğlaması”
“Kotanlı” əsasən, qədim Şəki və şərq üslubunda dizayn olunmuş 100 nəfərlik böyük zaldan və 7 - “Bakı”, “Qarabağ”, “Şəki”, “Gəncə”, “Lənkəran”, “İrəvan” və “Naxçıvan” otaqlarından ibarətdir. Qarabağ mətbəxinin sevilən yeməklərindən olan “Qarabağ buğlaması”, “Xaşlama”nı “Qarabağ” zalında, Lənkəran mətbəxindən olan “Narbiç”i, “Qaratava”nı “Lənkəran” zalında, “Şəki çığırtması”nı “Şəki” zalında, “Naxçıvan qovurması”nı “Naxçıvan” zalında dadmağın bir ayrı ləzzəti var.
“Füzuli”, “Xətai”, “Əcəmi”, “Tusi” bir məkanda
“Kotanlı” tarix və ədəbiyyatseverlərin də xüsusilə sevdiyi məkandır. Burada Əcəmi Naxçıvani, Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqalarının əks olunduğu rəssamlıq nümunələri və eyniadlı yeməklər də var.
Restoranda yerli məşhurlar da davamlı olaraq qonaq olurlar. Paytaxtda Azərbayan milli mətbəxinə məxsus, ən geniş çeşid təklifini də məhz “Kotanlı” Restoranı edir.
Əlaqə: Azadlıq prospekti, 156 (Keçmiş Karl Marks heykəli, İdrak liseyinin yanı)
+ 99412 5632323
+ 99470 7797979
+ 99477 7797979
https://www.instagram.com/p/BoQuf7qFb-J/?hl=ru&taken-by=kotanli_restaurant
https://www.facebook.com/kotanlirestaurant/