“Buranı görüb təəccüblənməyən yoxdur” - FOTOLAR
    • 11-01-2019, 16:09
    • 1 580

“Buranı görüb təəccüblənməyən yoxdur” - FOTOLAR

“Qafqazinfo” Bakıda fəaliyyət göstərən məşhur “Kotanlı” Restoranının baş administratoru Pərvin Abdulxaliqovla müsahibəni təqdim edir.

“Kotanlı” Restoranı nə vaxtdan fəaliyyətə başlayıb?

“Kotanlı” Restoranı bu ilin may ayında tam fəaliyyətə başlayıb. Restoran 3 il 8 aya başa gəlib. “Kotanlı”nın möhtəşəm dizaynı restoran rəhbərliyinin xüsusi diqqəti, göstərişi və nəzarəti ilə həyata keçirilib. Burada gördüyünüz hər bir şey əl işindən ibarət olduğu üçün təmir də uzun vaxt aparıb.

Restoranda əl işləri əsasən nələrdən ibarətdir ?

Buranın tikintisində yerdən tutmuş tavanadək hamısı əl işlərindən ibarətdir. “Kotanlı” hər kəsin milli mənəvi dəyərlərinə uyğunlaşdırılaraq göz oxşayan üslubda xüsusi naxışlarla, şəbəkələrlə dizayn olunub. Burada nə görürsünüzsə, hamısı - rəsm əsərləri, çilçıraqlar, süfrələr əl işidir. Restoranda əsasən Azərbaycan rəssamlarının əl işlərindən istifadə olunub.



Servis üçün istifadə olunan qab-qacaqlar haradan sifariş olunub?

Qab-qacaqlar, çəngəl-bıçaqlar, bakallar hamısı Türkiyədən xüsusi sifarişlə gətizdirilib. Özəlliyi ondadır ki, boşqabların naxışları qızıl suyuna çəkilib. Çilçıraqlar da xüsusi sifarişlə Türkiyədə hazırlanıb.

Bura gələn qonaqlar restoranın dizaynı haqqında maraqlanırlar?

Bura gələn qonaqlarla özüm söhbət edirəm. Restoran haqqında bütün məlumatları onlara verirəm. Yeməyin keyfiyyətindən söz açmağa isə ehtiyac yoxdur. Çünki hər şey o qədər yüksək səviyyədə hazırlanıb təqdim olunur ki, deyərdim bütün ölkədə restoranın yeməkləri məşhurdur.


Restoranın başqa hansı özünəməxsusluğu var?

“Kotanlı” Azərbaycan xanlıqlarının adlarına uyğun - “Bakı”, “Qarabağ”, “Şəki”, “Gəncə”, “İrəvan”, “Naxçıvan” adlı 6 otaqdan və 100 nəfərlik zaldan ibarətdir. “Bakı” və “Şəki” otaqları 8 nəfərlik, “Qarabağ” və  “Gəncə” otaqları 10-12 nəfərlik, “İrəvan” otağı 20-22 nəfərlikdir. Zalımız elə dizaynda qurulub ki, əsasən xınayaxtı və nişan mərasimləri üçün əvəzolunmaz məkandır. Heç bir əlavə bəzək-düzəyə ehtiyac qalmır.



Bəs, xüsusi məclislər necə, tez-tez keçirilir?

Demək olar, hər gün və günaşırı banketlər keçirilir. Hər gün tanınmış xanəndələrimizin iştirakı ilə canlı musiqilər səslənir. Qonaqlarımızın həm yemək yeyib, həm də istirahət etmələri üçün hər cür şərait var.

Qonaqlarınız əsasən kimlər olur ?

Qonaqlarımız əsasən məşhur adamlar, dövlət nümayəndələridir. Eyni zamanda xaricdən gələn qonaqlardır. “Kotanlı” hər kəsə təəccüblü gəlir. Həm tarix, həm də mədəniyyət bir məkanda toplanıb. Bakı şəhərində belə dizaynlı restoran yoxdu. Buranı görüb təəccüblənməyən yoxdur. İstər xarici, istərsə də yerli vətəndaş olsun…



Əlaqə: Azadlıq prospekti, 156 (Keçmiş Karl Marks heykəli, İdrak liseyinin yanı)
+ 99412 5632323
+ 99470 7797979
+ 99477 7797979
https://www.instagram.com/kotanli_restaurant/?hl=ru
https://www.facebook.com/kotanlirestaurant/