"Semaşko"nun işçilərinə əlavələr ödəniləcək - BU TARİXDƏN
    • 30-06-2021, 16:00
    • 489

"Semaşko"nun işçilərinə əlavələr ödəniləcək - BU TARİXDƏN

“Tibb işçilərinin əməkhaqqı qaydalarının dəyişdirilməsi üzərində operativ iş gedir. Hazırda işçi qrupu bunun üzərində ciddi çalışır”.

Bu fikirləri 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

Onun sözlərinə görə, bu qaydalar bütün səhiyyə sahəsini əhatə edəcək: “Qaydalar təsdiq olunduqdan sonra vətəndaşlara geniş məlumat veriləcək”.
K.Ələkbərov bildirib ki, KTM-də əlavələrin verilməsi iki gün ərzində həyata keçiriləcək: “Əlavələr aprelin 1-dən hesablanacaq və bütün tibb, qeyri-tibb sektorunu əhatə edəcək”. /Report/