Azərbaycan-Türkiyə birgə təlimlərində döyüş tapşırıqları icra edilir - VİDEO
    • 2-07-2021, 11:43
    • 378

Azərbaycan-Türkiyə birgə təlimlərində döyüş tapşırıqları icra edilir - VİDEO

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlər zamanı 1-ci eşelon bölmələrin həmlə həddinə çıxması, şərti düşmənin mina sahələrində keçidlərin açılması və həmin sahələrdən keçməsi, şəxsi heyətin texnikalardan piyadalanması və həmləyə keçməsi fəaliyyəti də icra olunub.