"Hazırda pandemiya çox təhlükəli mərhələdədir" - ÜST
    • 7-07-2021, 09:26
    • 472

"Hazırda pandemiya çox təhlükəli mərhələdədir" - ÜST

Dünyada koronavirusla mübarizədə qazanılan uğurlara baxmayaraq, hazırda pandemiya çox təhlükəli mərhələdədir.

News24.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Ghebreyesus deyib. O, yeganə çıxış yolunun fərdi qoruyucu vasitələrin ölkələr arasında ədalətli paylansı olduğunu vurğulayıb:  "Bu yalnız maskalar və testlər üçün deyil, həm də peyvəndlərə şamil edilir.

Gebreyesus bildirib ki, pandemiya ilə bağlı məhdudiyyətlər hazırda ilk növbədə peyvənd və digər mübarizə vasitələri olan ölkələr tərəfindən qaldırılıb: "Ölkədə yetəri qədər peyvənd yoxdursa, məhdudiyyətləri yumşaltmaq əvəzinə sakinlər xəstəxanalara yerləşdirilmə və ölüm dalğalarına məruz qalırlar".