Azərbaycan XİN sel fəlakəti ilə bağlı Almaniya və Belçikaya başsağlığı verdi
    • 16-07-2021, 12:50
    • 387

Azərbaycan XİN sel fəlakəti ilə bağlı Almaniya və Belçikaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.

News24.az xəbər verir ki, bununla bağlı XİN-in "Twitter" hesabında qeyd edilib.

Başsağlığında deyilir: “Avropanın qərbində ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada sel qurbanlarının yaxınlarına başsağlığı veririk. Azərbaycan yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında həm Almaniya, həm də Belçikanın yanındadır".
Xatırladaq ki, Almaniyanın qərbində və Belçikada yağan güclü yağışlar nəticəsində meydana gələn sel 92 nəfərin ölümünə səbəb olub, yüzlərlə insan itkin düşüb.