Bakıda yanğında polislər və FHN-in hərbçisi xəsarət alıb
    • 20-07-2021, 16:43
    • 410

Bakıda yanğında polislər və FHN-in hərbçisi xəsarət alıb

Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər xəsarət alıb.

News24.az Report-a istinadən məlumatına görə, iki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.

Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsi olmadığı bildirilir.

Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyəti qurumların nümayəndələri ilə birlikdə bir sıra vətəndaşları xilas ediblər.