Gədəbəydə 17 yaşlı gənc elektrik cərəyanının vurması nəticəsində öldü
    • 26-07-2021, 14:32
    • 531

Gədəbəydə 17 yaşlı gənc elektrik cərəyanının vurması nəticəsində öldü

İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.