Qarabağ qazilərinə fərdi avtomobillərin verilməsi prosesi həyata keçirilir
    • 29-07-2021, 16:14
    • 330

Qarabağ qazilərinə fərdi avtomobillərin verilməsi prosesi həyata keçirilir

Sosial Xidmətlər Agentliyi olaraq Qarabağ qazilərinin fərdi avtomobillərlə təmin edilməsi prosesini də həyata keçiririk.

News24.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, 2019-cu ildə əlilliyi olan 600 nəfərə, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib: "Ümumilikdə bu günə qədər 7250 nəfər avtomobillə təmin edilib. 2021-ci ildə isə ümumilikdə, 160-a yaxın avtomobilin verilməsi hədəflənib".