Daşkəsəndə 60 yaşlı qadını it parçaladı, vəziyyəti ağırdır

Daşkəsəndə 60 yaşlı qadını it parçaladı, vəziyyəti ağırdır
HADİSƏ

29-07-2021, 17:59

Mətn ölçüsü

Daşkəsən rayonunda 60 yaşlı qadını it parçalayıb.

News24.az xəbər verir ki, hadisə Əmirvar kəndində baş verib. Kənd sakini 1961-ci il təvəllüdlü Zöhrə Daşdəmir qızı Əhmədovanı it parçalayıb. Bədəninin bir çox yerindən xəsarətlər alan qadın ilk olaraq Daşkəsən rayonuna, oradan isə təcili olaraq Gəncə şəhərinə gətirilib.

Hazırda qadının vəziyyəti ağırıdr.

İlkin məlumata görə, hadisə yaylaqda baş verib. /axar.az