-
- 20-02-2019, 15:32
- 793
Eurovision 2019-da plagiat qalmaqalı - VİDEO
Macarıstan ölkəsi bu il baş tutacaq "Eurovision" mahnı müsabiqəsi üçün seçdiyi təmsilçini dəyişib.
News24.az xəbər verir ki, 9 fevral tarixində "A Dal" milli seçim turunda çıxış edən Andras Petruskanın ifa etdiyi "Help me out of here" mahnısının plagiat olduğu və Vampire Weekendin "White sky" mahnısı ilə oxşar olduğu bəlli olub.
Bu barədə MTVA yayım şirkəti açıqlama verərək, qərar qəbul edib. Dünyaca məşhur mütəxəssis, Liszt Musiqi Akademiyasının prorektoru Gyula Fekete bu barədə danışarkən musiqinin tempinin, harmoniyasının, xarakteristikasının eyni olduğunu vurğulayıb.
Yaşanan plagiat qalmaqalından sonra müsabiqənin Macarıstan üzrə prodüserləri Andras Petruskanın təmsilçiliyini əlindən alaraq, bu şansı seçimlərdə auditoriya və münsiflərdən yüksək səs toplayan Gergo Olaha verib.
Teymur MƏMMƏDOV