Amerikalı müğənni "Qarabağ Azərbaycandır" dedi - VİDEO
    • 5-08-2021, 13:35
    • 616

Amerikalı müğənni "Qarabağ Azərbaycandır" dedi - VİDEO

Dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Milesin "Qarabağ Azərbaycandır" klipini təqdim edib.

News24.az xəbər verir ki, ekran işində İkinci Qarabağ müharibəsi zamanı yaşanan hadisələr əks olunub. 

Qeyd edək ki, amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. O, burada Michael Jacksonun məşhur "Sisterella" musiqili tamaşasının baş qəhrəmanı olan "Ella" obrazını canlandırıb. Tamaşadakı ifası ilə məhşurlaşan Miles sonralar Michael Jackson və Vhitney Houston başda olmaqla bir çox müğənnilərin vokalçısı olub. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayır.