Son altı ayda yanğınlarda 23 nəfər ölüb, 81 nəfər xəsarət alıb
    • 5-08-2021, 15:47
    • 325

Son altı ayda yanğınlarda 23 nəfər ölüb, 81 nəfər xəsarət alıb

Azərbaycanda 6 ay ərzində baş verən yanğın hadisələrinin sayı açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a  verilən məlumata görə, 2021-ci ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1180 olub.

Yanğın hadisələri zamanı 23 nəfər həlak olub, 81 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından, xəsarət alanlar üzrə 20 nəfər və ya 33% çoxdur.