"Spar"da iyrənc mənzərə: Yeməklərin üstünə MİLÇƏK QONUR
    • 6-08-2021, 18:47
    • 511

"Spar"da iyrənc mənzərə: Yeməklərin üstünə MİLÇƏK QONUR

Bu gün Nərimanov rayonunda yerləşən "Spar" supermarketində xoşagəlməz anlar yaşanıb.

News24.az-ın əməkdaşları sözügedən marketin hazır yeməklər satılan şöbəsindən plov almaq istəyərkən iyrənc mənzərə ilə qarşılaşıblar. Vitrinə qoyulan hazr yeməklərin üstündə milçək olub. Yəni, səhərin mərkəzində yerləşən və insanların sıx axın etdiyi bu mağazada alıcılara üzərinə milçək qonan yeməklər satılır.   

Gördüklərimizi lentə almaqla yanaşı, sözügedən marketin rəsmisi ilə də əlaqə saxladıq. 

Supermarketin mətbuat katibi Səfər Aslanov baş verənlərə belə münasibət bildirdi: "Görünür, yaşanan problem əməkdaşlarlarımızın diqqətsizliyindən qaynaqlanıb. Onların bu hərəkətinə görə üzr istəyirik. Amma marketimizdə gigiyenaya çox böyük önəm verilir. Bu, bizim üçün prioritet məsələdir. Ərzaq, qida sektoru bizim üçün çox əhəmiyyətlidir. Təəssüf edirik ki, belə bir hadisə ilə qarşılaşmısınız. Biz məsələni araşdırıb nəticə çıxaracağıq".