Daha 22 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alındı
    • 10-08-2021, 14:05
    • 469

Daha 22 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alındı

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 9-da qida məhsulları sahəsində fəaliyyət göstərən 22 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

AQTA-dan News24.az-a verilən məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.