405 sahibkarlıq subyektinin fəaliyyəti RƏDD EDİLİB - AQTA sədri - FOTO
    • 17-01-2020, 11:29
    • 840

405 sahibkarlıq subyektinin fəaliyyəti RƏDD EDİLİB - AQTA sədri - FOTO

"2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10652 sahibkarlıq subyektindən 405-ə imtina verilib".

News24.az xəbər verir ki, bunu 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında AQTA sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə ki, hesabat dövründə sahibkarların yeni qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılması, maarifləndirilməsi, sahibkarlarla dövlət-özəl əməkdaşlığının təmin edilməsi məqsədilə bir sıra biznes assosiasiyaları, ticarət palataları ilə birlikdə 80 tədbir təşkil edilib, 3900-dən çox sahibkarla görüşlər keçirilib". 

Q.Təhməzli onu da əlavə edib ki, qeydiyyat prosesinin optimallaşdırılması və şəffaflığın təmin edilməsi üçün elektron qeydiyyat sistemi yaradılıb və bütün ölkə üzrə tətbiq edilib:"2019-cu il ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub. Bu müraciətlərdən 10 247-si ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub".

Afaq Mirayiq