-
- 13-11-2018, 14:07
- 829
Xərçəngə qalib gələn müğənni mətbuat konfransında ağladı- FOTO-VİDEO
Beynəlxalq Mətbuat Mərkəzində gənc müğənni Sabina Selcanın “Bu gün” adlı klipinin təqdimatı mərasimi keçirilib.
Ekran işini türkiyəli məşhur rejissor Tamer Aydoğdu ərsəyə gətirib.
S.Selcanın mətbuat katibi Əfruzə Ağayevanın idarə etdiyi konfransda ifaçı ekran işinin 70 min lirəyə ərsəyə gəldiyini söyləyib:
“Klip Ağ köşk adlanan yerdə çəkilib. Orada klip çəkdirmək üçün dövlət orqanlarından icazə almaq və 20 min dollar pul ödəmək lazım idi. Ancaq həyat yoldaşımın yaxşı əlaqələri var deyə, pul ödəmək məcburiyyətində qalmadıq”.
Təqdimata qatılan prodüser Tarix Əliyev isə müğənninin səhhəti haqda sirr açıb. Məlum olub ki, Sabina beş ildir xərçəng xəstəliyindən əziyyət çəkir:
“Bunu deməyim Sabinaya pis təsir etsə də, deyəcəyəm. Bu gün bəzi məşhurlar xərçəng xəstəliyi adı ilə pul yığıb, mal-mülk alırlarsa, Sabinada bu, tərsinədir. O, beş ildir bu xəstəlikdən əziyyət çəkir. İstərdim ki, belə ayaq üstdə dura bilən xanımlar hər kəsə örnək olsun”.
Sabina prodüserin bu sözlərindən sonra göz yaşlarına boğulub və şərh edib ki, o, artıq sağalıb.
Paytaxtımızda qonaq olan rejissor Tamer Aydoğdu Sabina ilə işbirliyindən məmnunluq hissini ifadə edib: “Bugünədək Sibel Can, Gülşen, Demet Akalın, Petek Dinçöz kimi məşhurlara çoxsayda klip çəkmişəm”.
Mahnının sözləri və musiqisi Fərid Fətullayevə, aranjimanı Cüneyt Yalmaza məxsusdur.
Tədbirdə həmçinin Vüsalə Kərimova, Tarix Əliyev, Elcan Rəsulov, Şəbnəm Əsədova, Elnar Xəlilov kimi məşhurlar iştirak edib.
Foto-video: Nurlan Gülməmmədov https://www.youtube.com/watch?v=t_14wP5Tgi4