BOS-dan Respublika stadionuna RİŞXƏND:
    • 13-08-2021, 15:51
    • 744

BOS-dan Respublika stadionuna RİŞXƏND: "Qızmar günəş altında..."

Dünən UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Ağdam təmsilçisi “Qarabağ” revanş matçında Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL klubunu qəbul edib.

News24.az xəbər verir ki, matç 1-0 "Qarabağ"ın qələbəsi ilə başa çatıb.

Beləliklə, Ağdam təmsilçisi növbəti mərhələyə yüksəlib.

Görüşdə diqqət çəkən məqam isə Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbat vəziyyətdə olması idi.

Stadionunun direktoru Şamil Quliyev arenanın ot örtüyünün hazırkı vəziyyəti barədə danışarkən bildirib ki, ot örtüyünün pis vəziyyətə düşməsinin ən böyük səbəblərindən biri isti hava şəraitidir: “Özünüz də görürsünüz ki, anomal istilər keçir”.

Bu gün isə Bakı Olimpiya Stadionunun rəsmi Feysbuk səhifəsi Şamil Quliyevin açıqlamasına eyham vuran paylaşım edib. Paylaşımdan aydın görünür ki, isti hava şəraitində belə BOS-un öt örtüyü yaxşı vəziyyətdədir.

Paylaşımı təqdim edirik: