Türkiyədə yanğın söndürən Rusiyanın amfibiya təyyarəsi qəzaya uğradı- 8 ÖLÜ
    • 14-08-2021, 17:30
    • 503

Türkiyədə yanğın söndürən Rusiyanın amfibiya təyyarəsi qəzaya uğradı- 8 ÖLÜ

Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb. Nəticədə təyyarədə olan bütün ekipaj üzvləri həlak olub.

News24.az xəbər verir ki, Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.

Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.

Hadisənin səbəblərini öyrənmək üçün Müdafiə Nazirliyinin komissiyası, habelə Rusiya səfirliyinin əməkdaşları qəza yerinə yollanıb.