Rusiyanın qırıcı təyyarəsi qəzaya uğradı
    • 19-09-2018, 18:20
    • 826

Rusiyanın qırıcı təyyarəsi qəzaya uğradı

Rusiya Müdafiə Nazirliyi Miq-31 tipli bir qırıcısının qəzaya uğradığını açıqlayıb.

Nazirlik Miq-31 tipli bir döyüş təyyarəsinin ölkənin qərbindəki Nijni Novqorod bölgəsində qəzaya dü.düyünü bildirib.

Təyyarədəki pilotların xilas olduqları da açıqlanıb.

Qeyd edək ki, bazar ertəsi axşamı bir Rusiya döyüş təyyarəsi Suriyada Əsədə bağlı qüvvələr tərəfindən vurulmuşdu. Rəsmi Moskva hadisəylə əlaqədar İsraili günahlandırmışdı.

//news24.az