Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur - MN
    • 16-08-2021, 13:55
    • 277

Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur - MN

"Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil".

News24.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Vurğulanıb ki, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur:

"Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir".