Kadırov Əfqanıstanda baş verənləri ABŞ-ın müsəlmanlara qarşı fırıldağı adlandırdı
    • 16-08-2021, 15:53
    • 446

Kadırov Əfqanıstanda baş verənləri ABŞ-ın müsəlmanlara qarşı fırıldağı adlandırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Əfqanıstanda baş verənləri Amerikanın müsəlmanlara qarşı növbəti fırıldağı adlandırıb.

News24.az xəbər verir ki, R.Kadırov Rusiya ilə müttəfiq dövlətlərə sərhədlərini gücləndirməyi və ən pis vəziyyətə hazırlaşmağı təklif edib.

O qeyd edib ki, ABŞ heç vaxt Əfqanıstanda çıxmayacağını desə də, indi hamını qoyub qaçıblar: "Təsəvvür edin, onilliklər ərzində insanlar orada ölüb. 5 il əvvəl artıq 2 milyondan çox mülki vətəndaş həlak olub. Kasıb insanlara işgəncə verilir. Ben Laden, "Taliban" Amerikanın layihəsidir. Buna görə də, müttəfiq dövlətlərimiz, sərhədlərini gücləndirməli və ən pis vəziyyətə hazırlaşmalıyıq. Dövlətimizi, suverenliyimizi, xalqımızı təhdid edən hər kəsi dayandıracağıq".