Bir gün Lahıcda - FOTOSESSİYA
    • 16-08-2021, 17:52
    • 908

Bir gün Lahıcda - FOTOSESSİYA

Lahıc gözəlliyi və tarixi ilə həm yerli, həm də xarici turistləri cəlb edir.

Bura hələ XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Misgərlik sənəti indi də yerli sakinlər tərəfindən davam etdirilir.

Lahıca aparan yol sıldırım qayaların arasından, ensiz yollardan keçir. Yolun sonunda isə Lahıc qonaqları salamlayır, öz qədim ab-havasına qərq edir. Bir tərəfdə dəmirçi və misgərlərin çəkiclərindən çıxan səslər, digər tərəfdə qurudulmuş şəfalı bitkilərin qoxusu, at nallarının səsi insanı müasir zamandan alıb, sanki bir neçə əsr geri aparır. 

News24.az Lahıcdan olan görüntüləri təqdim edir:

Fotolar: Teymur Məmmədov