Roza Zərgərlidən ecazkar FOTOLAR
    • 17-08-2021, 09:50
    • 724

Roza Zərgərlidən ecazkar FOTOLAR

Müğənni Roza Zərgərli yeni fotosessiyası ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, sənətçi bu dəfə üç fərqli obrazda obyektiv qarşısına keçib. 

İfaçı yeni obrazında saçlarını tündləşdirib və onları qısaldıb. 

Yeni işindən danışan R.Zərgərli "Daha bir fotosessiya hazırlayıram. Bunu silsilə şəkildə edəcəm. Fərqli qadın obrazları canlandıracam. Eyni zamanda "Ömür yoldaşım" mahnımı ekranlaşdırıram. Stilim üzərində Babək Qədirov işləyib. Çox maraqlı obrazlar yaradıb. Qarşıda çox fərqlu layihələrim var. Tanınmış bir ifaçı ilə duet hazırlayıram. 

Bir də Türkiyədən əməkdaşlıq təklifi almışam. Hazırda bunla bağlı danışıqlar gedir" deyə, bildirib. 

Müğənnini yeni fotosessiyasını Elmir Mikayılov lentə alıb.