Prezident Kəlbəcərdə çay süfrəsində - VİDEO
    • 17-08-2021, 11:38
    • 510

Prezident Kəlbəcərdə çay süfrəsində - VİDEO

"Bu gün biz Lev çayının kənarında çay içəcəyik armudu stəkanda. Bu, onu bir daha göstərir ki, nə qədər ermənilər çalışsalar da bizim xalqımızın iradəsini qıra bilmədilər. Biz buraya qayıtmalı idik və qayıtdıq".

News24.az xəbər verir ki, Prezident İlham Əliyev Kəlbəcər rayonunda deyib: "Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq. Bundan sonra da tədbirlər olacaq. Hələlik isə çayımızı içək və təbiətdən zövq alaq. Yaşasın Azərbaycan!"