Əfqanıstanda olan Azərbaycan sülhməramlıları təyin edilmiş tapşırıqları icra edir - Video
    • 17-08-2021, 13:58
    • 462

Əfqanıstanda olan Azərbaycan sülhməramlıları təyin edilmiş tapşırıqları icra edir - Video

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.

News24.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, sülhməramlılarımız hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirir.

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.