Tanınmış jurnalist:
    • 18-08-2021, 17:39
    • 345

Tanınmış jurnalist: "Sinovak" tamamilə mənasızdır

"İkinci doza vaksini vurdurandan ay yarım sonra koronavirusa yoluxdum və təcrübəmdən çıxış edərək, bəzi şeyləri deyə bilərəm: "Sinovak" tamamilə mənasızdır. Düzdür, deyirlər ki, "yoluxmadan qorumasa da, yüngül keçirməyə kömək edir", amma mən yüngül də keçirmirəm. 38-dən yuxarı qızdırma, ağrılar, halsızlıq... Faktiki olaraq, yerimdən dura bilmirəm. Virusdan qorxmuram - mərəzdir də, gəlib, keçəcək. Amma "Sinovak"la bağlı ciddi düşünmək lazımdır. Bu cür zay vaksinlə günə 4000 yoluxma hələ çox yaxşıdır".

News24.az
xəbər verir ki, bunu tanınmış jurnalist, "Azvision.az" xəbər portalının baş redaktoru Vüsal Məmmədov öz Feysbuk hesabında yazıb.