Azərbaycanlı tələbə oğlan, qız üstündə  adam öldürdü- FOTO
    • 14-11-2018, 12:18
    • 1 108

Azərbaycanlı tələbə oğlan, qız üstündə adam öldürdü- FOTO

Minskdə qətl törətməkdə şübhəli bilinən azərbaycanlı tələbə saxlanılıb.

Hadisə noyabrın 12-də axşam saatlarında baş verib.

Belarus Dövlət Aviasiya Akademiyasının ikinci kurs tələbəsi azərbaycanlı Rüstəm Rəhimov 21 yaşlı Minsk sakininə bir neçə bıçaq zərbəsi endirib. Sonuncu aldığı xəsarətlərdən yerindəcə ölüb. 18 yaşlı R.Rəhimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Nəşr qeyd edir ki, iki gənc arasında mübahisə birinci kurs tələbəsi olan qız üstündə düşüb.

Belarus vətəndaşı Rəhimovdan qızdan əl çəkməsini istəyib, Rüstəm isə onunla görüşüb münasibətlərə aydınlıq gətirməyi təklif edib.

Faktla bağlı araşdırma aparılır.

//Median.az