Kim Çen In əməliyyat olundu - VƏZİYYƏTİ AĞIRDIR
    • 21-04-2020, 10:57
    • 1 478

Kim Çen In əməliyyat olundu - VƏZİYYƏTİ AĞIRDIR

Şimali Koreya lideri Kim Çen Inın əməliyyat keçirdiyi və vəziyyətinin ağır olduğu iddia edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yüksək vəzifəli səlahiyyətli şəxsi məlumat yayıb. Həmçinin Cənubi Koreyanın "Daily NK" qəzeti, Kim Çen Inın Aprelin 12-də ürək-damar sisteminin pozulması nəticəsində əməliyyat olunduğunu bildirib.

Qəzetdə liderin həddindən artıq siqaret çəkmə, piylənmə və həddən artıq iş səbəbi ilə əməliyyat keçirdiyi bildirilib. Qeyd edilib ki, o, Hyangsandakı bir villada müalicə olunur.