-
- 4-05-2020, 23:57
- 805
Kim Çen In daha da QƏDDAR OLACAQ...
3 həftəlik fasilədən sonra “öldü və ya əməliyyat olundu” olduğu iddia edilən Şimali Koreya lideri Kim Çen Inin uzun müddət görünməməsi ilə bağlı maraqlı bir iddia ortaya atılıb.
News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu iddialara əsasən, dünən ürək əməliyyatından keçdiyini sübut edən Kimin gündəliyində əslində tamamilə fərqli bir plan olub. Avstraliyanın aparıcı televiziya kanallarından biri olan “Sky News Australia”dan jurnalist Jeyms Morrou, Kimin bir müddət əslində sağlamlıq problemləri üçün deyil, siyasi hesab üçün yoxa çıxdığını iddiası ilə çıxış edib.
Şimali Koreyanın tarixi və siyasətində ixtisaslaşmış təcrübəli jurnalist Ceyms Morrou, 36 yaşlı Şimali Koreya liderinin yaxın işçiləri arasında ona xəyanət etməyə hazırlaşanları müəyyən etmək üçün belə bir əməliyyat keçirdiyini söyləyib. O, bildirib ki, Kimin bunu etməkdə əsas məqsədi
Şimali Koreyadakı elit təbəqənin onun ölümünə necə reaksiya verəcəyini görmək istəyib. Həmçinin yoxluğunda kimin idarəni ələ keçirmək üçün hərəkətə keçəcəyini bilmək istəyib. Məşhur jurnalist ifadəsində Kimin indi əvvəlkindən daha sərt və qəddar olacağını əlavə edib.