-
- 20-08-2021, 11:16
- 327
"Xoşagəlməz hərəkətlər edən tibb işçiləri vicdanla çalışanların əməyinə kölgə sala bilməzlər"- YAQUT QARAYEVA
“Bəli, xəstəlik artır. Vətəndaş xəstəxanaya müraciət etməyə ehtiyac duyur. Bu gün vaksin vurdurmaqdan çəkiniriksə, xəstəliyə yoluxan insanların hansı problemlərlə üzləşdiyini daha yaxşı bilirik”.
News24.az-ın məlumatına görə, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, həmin şəxslər bir çox dərman preparatını qəbul etməli olur: “Biz mart ayından olan statistikanı qeyd edə bilərik. Reanimasiyaya düşən xəstələrin arasında 96 faiz peyvənd olunmayanlardır.
Süni tənəffüs aparatına qoşulanlar da 97 faizi vaksin olunmayandır. Vəfat edənlər arasında 99 faiz vaksin olunmayanlar aşkarlanır. İlk gündən bilirik ki, peyvənd yüz faiz effektli deyil. Vaksinasiya olunmuş şəxslərin 0,6 faizində kritik vəziyyət müşahidə olunub”.
Onun sözlərinə görə, bu günə qədər 6 milyona yaxın doza vurulub: “Bunu əhalinin sayından faiz olaraq çıxarırlar. Ancaq bizə iki doza vuran əhalinin əmsalı lazımdır. Bu da ki, hazırda 24 faiz təşkil edir. Bəzi xoşagəlməz hərəkət edən tibb işçiləri bizim əziyyətlə işləyən tibb işçilərinin əməyinə kölgə sala bilməz”.