Bülənt Ərsoy Sibel Cana belə sürpriz elədi - VİDEO
    • 20-08-2021, 11:47
    • 808

Bülənt Ərsoy Sibel Cana belə sürpriz elədi - VİDEO

Türkiyənin məşhur müğənnisi Sibel Can Bodrumda konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, bir-birindən sevilən mahnılarını ard-arda ifa edən sənətçi dinləyicilərinə xoş anlar yaşadıb. 

Konsertin ən diqqət çəkən məqamlardan biri isə səhnəyə Türkiyənin divası Bülənt Ərsoyun gəlməsi olub. Onun anidən səhnədə görünməsi Sibel Can üçün əsl sürpriz olub. Sənətçi tanınmış həmkarını görüncə, təəccübünü gizlədə bilməyib. İki tanınmış müğənni səhnədə maraqlı dialoqla izləyicilərini əyləndirib. Daha sonra birgə canlı ifa nümayiş etdiriblər.

Konsert zamanı lentə alınan görüntüləri təqdim edirik: