-
- 21-08-2021, 15:23
- 435
Polis Saatlıda reyd keçirdi
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Saatlı rayonu ərazisində də nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ticarət mərkəzlərində və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda keçirilən tədbirlər zamanı sahibkarlarla və sakinlərlə izahedici söhbətlər aparılıb, onlara tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi barədə tövsiyələr verilib. Həmçinin qapalı məkanlarda sosial məsafənin gözlənilməsinin infeksiyasının kütləvi yayılmasının qarşısının alınmasında vacib amillərdən olduğunu bildirən polislər, vətəndaşları müəyyən olunmuş qaydalara ciddi riayət etməyə çağırıblar.
Keçirilən tədbirlər zamanı bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilib.