"Oxuyan kimi ağlamağa başladım" - Safura SÜKUTU POZDU
    • 23-08-2021, 15:07
    • 573

"Oxuyan kimi ağlamağa başladım" - Safura SÜKUTU POZDU

"Evdə oturmağı sevirəm, amma pandemiyaya görə məcbur olub daha çox vaxtımızı evdə keçirdik. Bir çoxları kimi mən də depressiyaya düşdüm. Düzdür, o dönəmlərdə "Möcüzə" albomunun üzərində işləyirdim, amma bu sıxıntıların ucbatından bir həftəlik işimə ara verdim. Birgə çalışdığım musiqiçi dostum Elvinə zəng elədim və dedim ki, depressiyaya düşmüşəm. Gəl, bir mahnı işləyək. O da mənə "Ağla" mahnısını göndərdi".

News24.az xəbər verir ki, bu sözləri Safura Əliyeva "Özəl" verilişində deyib. O, bildirib ki, "Ağla" mahnısı onu çox təsirləndirib: "Mahnını birinci dəfədən çox bəyəndim. Elvin söylədi ki, bunu sənə hədiyyə edirəm. Get, məşq elə. İnanın ki, studiyada mahının ilk dəfə oxuyan kimi ağlamağa başladım. Bu mahnı ilə birlikdə depressiyam da getdi".