Bu yol kəsişməsində nəqliyyat şəraiti yaxşılaşdırıldı - Video
    • 24-08-2021, 11:02
    • 447

Bu yol kəsişməsində nəqliyyat şəraiti yaxşılaşdırıldı - Video

Paytaxtda nəqliyyat şəraitinin yaxşılaşdırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması istiqamətində növbəti araşdırmalar Ceyhun Hacıbəyli küçəsinin Abbasqulu ağa Bakıxanov və Ənvər Qasımzadə küçələri ilə kəsişməsində aparılıb.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumatda bildirilir ki, Ceyhun Hacıbəyli küçəsinin Abbasqulu ağa Bakıxanov və Ənvər Qasımzadə küçələrinin kəsişməsində qeyd olunan nəqliyyat problemləri aşkar edilib;

- A.Bakıxanov küçəsi Bakı şəhərinin əsas yol şəbəkələrindən biridir. Adıçəkilən küçənin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən gün ərzində 50.000-dən artıq nəqliyyat vasitəsi keçir ki, həmin nəqliyyat vasitələrinin böyük əksəriyyətinin sola dönərək “Gənclik” metro stansiyasına istiqamətləndiyi;

- Ceyhun Hacıbəyli–Ənvər Qasımzadə küçələrinin kəsişməsində hərəkətin nizamlanmadığı səbəbindən xaotik vəziyyətin yarandığı;

- Ənvər Qasımzadə küçəsi ilə hərəkətdə olan avtobusların ləngiməsi və sərnişindaşıma xidmətində keyfiyyətin aşağı düşməsi;

- kəsişmənin hərəkəti buraxma qabiliyyətinin aşağı, nəqliyyat intensivliyinin isə yüksək olması səbəbindən tıxac və sıxlıq hallarının yaranması;

- Bakı Zoologiya Parkı və Koroğlu parkına piyada axınının çox olması aşkar edilib.

Həyata keçirilmiş dəyişikliklər nəticəsində C.Hacıbəyli – Ənvər Qasımzadə küçəsinin kəsişməsində svetofor obyektləri quraşdırıb, eyni zamanda kəsişmədə üfuqi nişanlanma xətti ilə sarı tor çəkilib. Nəticədə:

- C.Hacıbəyli – Ənvər Qasımzadə küçələrinin kəsişməsindəki mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilmiş və yol hərəkəti təhlükəsizlik səviyyəsi artırılıb;

- tıxac və sıxlıq hallarının baş vermə ehtimalı azaldılıb;

- marşrut avtobuslarının qrafikində yaranan gecikmələr aradan qaldırılaraq sərnişindaşıma xiddətinin keyfiyyəti artırılıb;

- təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların təhlükəsizliyi maksimum həddə çatdırılıb.