Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə isti qış geyimləri verilib
    • 14-11-2018, 18:28
    • 983

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə isti qış geyimləri verilib

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə növbəti isti qış geyimləri təqdim edilib.

Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsinin tapşırıldığını bildirib.
Nazir qeyd edib ki, qarşıya qoyulan tapşırığın icrası istiqamətində məhdud fiziki imkanlı 20 qadın tərəfindən toxunmuş 1165 cüt yun corab və 86 yun şərf əsgərlərimizə hədiyyə edilir. O diqqətə çatdırıb ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar, ümumilikdə, 2500 cüt yun corab və 200 yun şərf toxunaraq hərbi hissələrə təhvil verilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Vüqar Hüseynov və əsgər Samir Əfəndiyev hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Sonda yun corab və şərflər hərbi hissəyə təhvil verilib. 

//Report