-
- 24-08-2021, 18:51
- 268
Bu gün neçə nəfərə vaksin vurulub?
Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 78 949 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 59 111, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 19 838 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 249 673, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 772 533, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 477 140 nəfər təşkil edir.