Qardaşı oğlunu bıçaqladı, sonra özünü tüfənglə vurdu
    • 25-08-2021, 13:08
    • 296

Qardaşı oğlunu bıçaqladı, sonra özünü tüfənglə vurdu

Xaçmaz Rayon Polis Şöbəsinə avqustun 24-də saat 20 radələrində Qaraqurtlu kəndində yaşayan Rövşən Əsgərbəylinin evində münaqişə zəminində qardaşı oğlu Əliağaya bıçaqla, sonradan isə tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


R.Əsgərbəyli xəstəxanaya aparılarkən yolda ölüb, Əliağanın vəziyyəti ağırdır.
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Araşdırma aparılır.