Qəbələdə  meşə ərazisində yanğın hadisəsi baş verib
    • 26-08-2021, 12:52
    • 430

Qəbələdə meşə ərazisində yanğın hadisəsi baş verib

Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı dağlıq ərazidəki meşə sahəsində yanğın hadisəsi baş verib. 

News24.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda Nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsi üçün çalışırlar.