Şəhid anası ilə kobud rəftar edən tibb işçisinə xəbərdarlıq edildi
    • 26-08-2021, 16:05
    • 519

Şəhid anası ilə kobud rəftar edən tibb işçisinə xəbərdarlıq edildi

Koronavirusa yoluxan şəhid Sübhan Əbdülrəhmanlının anası Mehriban xanım 32 saylı poliklinikadan, oranın baş həkimindən və sahə həkimindən narazılığını dilə gətirib.

News24.az xəbər verir ki, Mehriban xanım koronavirusa yoluxandan bəri poliklinika ilə əlaqə saxlasa da zənglərinə gah  cavab verən olmayıb, gah da ona təqdim edilməli olan dərmanlar üçün növbəsinin çatmadığı deyilib.

Məsələ ilə bağlı 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Nurməmməd Yarıyev News24.az-a bildirib ki, şəhid anası ilə əlaqə saxlanılıb vitamin kompleksi ilə təmin olunub. Həmçinin, onunla kobud rəftar edən tibb işçisinə də xəbərdarlıq edilib.