1346 tibb işçisinə koronavirusa görə əlavə ödəniş edildi
    • 24-11-2020, 14:19
    • 458

1346 tibb işçisinə koronavirusa görə əlavə ödəniş edildi

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına oktyabr ayı ərzində müddətli əlavələr ödənilib. 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qurumun  tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.

Nazirlikdən bildirilib ki, qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.