"Taliban" Türkiyədən kömək istədi - Ərdoğan açıqladı
    • 27-08-2021, 13:04
    • 484

"Taliban" Türkiyədən kömək istədi - Ərdoğan açıqladı

"Taliban" Türkiyədən Kabil hava limanını idarə etmək üçün kömək istəyib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Türkiyə lideri bildirib ki, "Taliban"ın bu istəyi ilə bağlı hələ qərar qəbul edilməyib: ""Taliban"-dan Kabil hava limanını idarə etməklə bağlı sorğu almışıq. Onlar (Taliban) təhlükəsizliyə özləri cavabdeh olacağını və idarəetmənin isə bizim məsuliyyətimizdə olacağını söylədilər. Amma bu mövzuda hələ bir qərar verməmişik. İndi bizim prioritetimiz vətəndaşlarımızı və hərbçilərimizi oradan təxliyə etməkdir".