Qızılağac qoruğunda yanğının söndürülməsi üçün zəruri tədbirlər görülür - VİDEO
    • 27-08-2021, 18:02
    • 442

Qızılağac qoruğunda yanğının söndürülməsi üçün zəruri tədbirlər görülür - VİDEO

Fövqəladə Hallar Nazirliyi Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğınla bağlı məlumat yayıb. 

FHN-dən News24.az-a verilən xəbərdə bildirilir ki, məlumat verildiyi kimi, bu gün Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Hazırda yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir. Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir. İlkin məlumata əsasən, ərazidə 10 ha sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.