Ötən gün 50 yanğına çağırış olub, 11 nəfər xilas edilib - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
    • 28-08-2021, 12:22
    • 335

Ötən gün 50 yanğına çağırış olub, 11 nəfər xilas edilib - ƏMƏLİYYAT ÇƏKİLİŞİ

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

News24.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 50 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.


Ümumilikdə, ötən sutka ərzində 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.
Həmçinin, Nazirliyin dalğıc-axtarış qrupu Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə qeyri-cimərlik ərazidə batmış 1 nəfərin axtarış işlərinə cəlb olunub.